`Qalatasaray` yenə uduzdu, `Real` uddu

`Qalatasaray` yenə uduzdu, `Real` uddu
  02 Oktyabr 2014    Oxunub:1727
Ötən gün Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.
AzVision.az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutub.

A qrupunda Madridin “Atletiko” klubu öz meydanında “Yuventus”u qəbul edib. Meydan sahibləri Arda Turanın vurduğu qol sayəsində qalib gəliblər. Qrupun digər oyununda “Olimpiakos” “Malmö”-yə 0:2 hesabı ilə məğlub olub.

B qrupunda “”Bazel” “Liverpul”u (1:0), Madrid “Real”ı isə “Ludoqorotes”i (2:1) məğlub edib.

C qrupunda “Zenit” “”Monako” ilə qarşılaşıb. Görüş 0-0 hesabı ilə yekunlaşıb. Qrupun digər matçında isə “Bayer” (Leverkuzen) “Benfika”nı 3:1 hesabı ilə məğlub edib.

D qrupunda “Arsenal” “Qalatasaray”ı– 4:1hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə “Bosussiya” (Dortmund) səfərdə “Anderlext” 3:0 hesabı ilə məğlub edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti