`Bu hər birimizin uğurudur` - Rövnəq Abdullayev

`Bu hər birimizin uğurudur` - Rövnəq Abdullayev
  19 Sentyabr 2014    Oxunub:1493
"2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm”.
AzVision.az AFFA-nın saytına istinadən məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qərara münasibət bildirərkən deyib:

“Bakının Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".


Teqlər:





Xəbər lenti