İcra başçısı pulsuz forma paylayır

Sonra qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərin həlli ilə bağlı müraciətlər etmişlər. Dam örtüyünün təmiri üçün müraciət edən Üzeyir Məmmədov və Hicran Məmmədovaya bildirildi ki, şəhərdə böyük sürətlə aparılan bu qəbildən olan quruculuq işləri tezliklə və bütünlüklə öz həllini tapacaqdır. Nizami Gəncəvi prospektinin sakini Ələddin Rəhimov yaşadığı evin yenidən inşa edilib onların istifadəsinə verildiyi üçün ailəsi adından təşəkkürünü bildirdi.
II qrup Qarabağ müharibəsi əlili Sahib Rzayevin, Eldar Kərimovun, I qrup əlil Emin Bağırovun maddi yardımla bağlı müraciətləri həllini tapdı.
Su ilə bağlı müraciətlərə cavab olaraq bildirildi ki, yeni infrastrukturun yaradılması prosesi tezliklə başa çatacaq və vətəndaşlar sutka ərzində içməli su ilə fasiləsiz təmin olunacaqlar.
Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların ailələrinə, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş insanlara yenə də xüsusi diqqət və qayğı göstərilib. II qrup Qarabağ müharibəsi əlilləri Zamin Mahmudov, Eldar Kazımov və Aftandil Sadıqovu diqqətlə dinləyən Elmar Vəliyev onlara qayğı ilə yanaşaraq arzu və istəklərinin yerinə yetirilməsi üçün tapşırıqlar verib.
Qəbul zamanı icra başçısı bildirdi ki, yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və Qarabağ müharibəsi əlillərinin övladları pulsuz məktəbli forması ilə təmin olunacaq.
Ümumiyyətlə, qəbula gələn 100-dən artıq vətəndaşın müraciəti dinlənildi və qaldırılan bir çox məsələlər yerindəcə həllini tapdı.