Kursantlar and içdi

Kursantlar hərbi anda gətirildikdən sonra ilk olaraq çıxış edən məktəb rəisi general-mayor İ.Məmmədov bu günü Ali Hərbi Məktəbin tarixində baş verən əlamətdar hadisə kimi qiymətləndirərək zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirib. Qeyd edib ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.
Mərasimdə Türkiyənin Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Nevzat Taşdelen iştirak edib.
Tədbir şəxsi heyətin təntənəli keçidindən sonra Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatıb.
Teqlər: