Qardaşları Arif Hacılı haqda danışmaq istəmədilər

Maraqlıdır ki, qardaşı, həm də partiyadaşı olan Mustafa Hacıbəyli başqanlı seçimlərində ona dəstək verəcəkmi?
Müsavat partiyasının funksioneri Mustafa Hacıbəyli qardaşını başqanlığa namizəd olduğu üçün susmağa üstünlük verib.
“Müsavat Partiyası başqanlığına namizədlərdən biri qardaşım olduğuna görə bu barədə heç bir şərh vermək istəmirəm”.
Arif Hacılıya hər hansı dəstək verib-verməyəcəyinə gəlincə isə M.Hacıbəyli qeyd edib ki, ümumiyyətlə bu mövzuda heç bir şərh vermək istəmədiyin deyib.
Əhrər Partiyasının sədri Vaqif Hacıbəyli də qardaşı Arif Hacılı barədə danışmaq istəməyib. Səbəbini soruşduqda isə ümumiyyətlə Müsavatdakı seçimlərə münasibət bildirmək istəmədiyini bildirib.
Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də baş tutacaq qurultayında yeni başqanı seçiləcək. Artıq Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoy başqanlıq iddialarını açıqlayıb və rəsmi olaraq namizədliklərini təsdiqlədib.
Fatimə Kərimli