`Görün, kimlər bizdən danışırlar` - Novruz Məmmədov

`Görün, kimlər bizdən danışırlar` - Novruz Məmmədov
  12 Sentyabr 2014    Oxunub:1884
Prezident Adminstrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov prezident İlham Əliyevin son iki gün ərzində keçirdiyi görüşlər barədə öz fikirlərini bölüşüb.

AzVision.az xəbər verir ki, PA rəsmisi bu barədə twitter səhifəsində məlumat yayıb.

“Son 2 gündə prezident İlham Əliyev 2 ölkənin baş nazirini qəbul etdi. Biri qonşu Gürcüstan, digər isə məsafə baxımından çox uzaq Malayziyanın. Hər iki görüş çox mühüm hadisə idi. Malayziya Baş nazirinin səfəri isə sözün əsl mənasında tarixi səfər oldu. Karl Bildtin keçmişdə “xüsusi əlaqələri” və iddiaları barədə məlumatlıydıq. Ona görə də deyirdik ki, görün kimlər haqqımızda fikir formalaşdırır. `Aftonbladet` qəzetinin məlumatlarından aydın olur ki, tənqid olunmamaq üçün Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti