İcra hakimiyyətinin şöbə rəisi həbs edilib? - YENİLƏNİB

Məlum olub ki, Seymur Məmmədov tikinti aparmağa icazə vermək üçün vətəndaşlardan 2000 manat, daha sonra isə 1000 manat tələb edib.
Məlumatı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri Akif Əliyev qismən təsdiqləyib. O, Seymur Məmmədovun işdən kənarlaşdırıldığını və bunu rəhbərliyin kadr islahatı olduğunu bildirib: “Onun həbsi ilə bağlı heç nə deyə bilmərəm. Seymur Məmmədov işdən azad olunub. Amma onun hansı səbəbdən işdən çıxarıldığını deyə bilmərəm. Yəqin ki, bu rəhbərliyin kadr islahatıdır”.
***
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.