`Prezidentin Ruhani ilə görüşü böyük töhfə verdi`

Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti də əhəmiyyətlidir və komissiyanın bu ilin avqust ayında Bakıda keçirilmiş 9-cu iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafına dair razılıq əldə edilib".
Hazırda enerji, nəqliyyat, meliorasiya və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdıran Ş.Mustafayev bu layihələrin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. Azərbaycan və İranın regionları arasında əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayan iqtisadiyyat və sənaye naziri Azərbaycan regionlarının dinamik inkişafı barədə məlumat verib.
İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Ə.Rəşidiyan səmimi qəbula görə təşəkkür edib, bu il dövlət başçılarının Davos və Tehranda keçirilmiş görüşlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətini qeyd edib, regionlar arasında əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdıraraq, Rəzəvi Xorasan əyalətinin iqtisadi potensialına dair məlumat verib.
AzVision.az
Teqlər: