Rüşvət alan direktorun işi məhkəmədə

İstintaq zamanı sürücülük məktəbinin sabiq direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü-təlimatçı vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az