Atambayev İlham Əliyevə salam göndərdi

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğu vurğulanıb, iqtisadi, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub, Qırğızıstan Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin ölkəmizə səfərinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.