Millimiz məğlub oldu: 1-2

Millimiz məğlub oldu: 1-2
  10 Sentyabr 2014    Oxunub:1993
Sentyabrın 9-da futbol üzrə Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində “H” qrupunda ilk oyununa çıxıb.
AzVision.az xəbər verir ki, futbolçularımız Bakıda “Bakcell Arena”da Bolqarıstan yığması ilə qarşılaşır.

Oyunu israilli baş hakim Alon Yefetin idarə edir. Danni Krasikov və David Elias Bitton isə yan xətt hakimləridir.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycan komandasının heyətində meydana Kamran Ağayev,
Rəşad Sadıqov, Bədavi Hüseynov, Mahir Şükürov, Ufuk Budak, Ruslan Abışov, Qara Qarayev, Vaqif Cavadov, Dmitri Nazarov, Rauf Əliyev və Rüfət Dadaşov çıxıblar.

Bolqarıstan yığmasının ilk on birliyində Vladislav Stoyanov, Straxil Popov, Nikolay Badurov, Stanislav Manolev, Veselin Minev, Georgi Milanov, Vladimir Qadjev, Svyatoslav Dyakov, Georgi İliyev, Mixail Aleksandrov, İliyan Miçanski yer alıblar.
Qeyd edək ki, 2004-cü ildə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələn bu rəqiblərin görüşündə hesab açılmamışdı.

Azərbaycan və Bolqarıstan komandalarının yer aldıqları qrupda İtaliya, Xorvatiya, Norveç və Malta milliləri də mübarizə aparırlar.


Teqlər:  





Xəbər lenti