Bakıda 4,5 milyona şadlıq evi satılır – FOTO

Bakıda 4,5 milyona şadlıq evi satılır – FOTO
  09 Sentyabr 2014    Oxunub:16792
Bakıda fəaliyyət göstərən şadlıq saraylarından biri satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, satışa çıxarılan obyekt Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Filiz Palace” və “Filiz” restoranıdır.

Hətta bu barədə restoran rəhbərliyi tərəfindən birja saytlarında elan verilib.
Bildirilir ki, təcili olaraq şadlıq sarayı bütün avadanlıqları ilə birgə satılır. Qeyd edilib ki, restoran və zallar yeni təmir edilib.

Şadlıq sarayının qiyməti isə 4 milyon 500 min manatdır.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti