Millət vəkili Artur Rasizadəyə müraciət etdi

Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənəən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək deyib ki, 21 ailənin üzləşdiyi problemi yaxşı anlayır, bu barədə geniş məlumatlara malikdir və onların müraciətləri əsasında bir neçə dəfə yerli içra qrumlarına və bir neçə dəfə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə, bu qurumun rəsmilərinə bir neçə dəfə müraciət edərək məsələnin həllinə yardımçı olmalarını xahiş edib. Millət vəkili ailələrin üzləşdiyi problemin həll istiqamətində ölkəmizin baş naziri Artur Rəsizadəyə müraciət edəcəyini və bu məsələnin nəhayət öz həllini tapacağına ümid etdiyini deyib. Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.
Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Azərbaycanın xarici siyasət uğurları ilə bərabər daxili siyasətdə dəəldə etdiyi uğurlara toxunan millət vəkili Qənirə Paşayeva son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar da verib.