Kəmaləddin Heydərov hadisə yerində - FOTOLAR

Kəmaləddin Heydərov hadisə yerində - FOTOLAR
  08 Sentyabr 2014    Oxunub:9745
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalanda məcburi köçkünlərin yaşadığı binada baş verən partlayışla əlaqədar hadisə yerinə baş çəkib.
AzVision.az-ın əməkdaşı xəbər verir ki, K.Heydərova partlayışla bağlı məlumat verilib. Hazırda nazir və digər dövlət rəsmiləri hadisə yerindədirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan məcburi köçkünlərin yaşadığı binada partlayış baş verib. Hadisə zamanı yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib, hazırda 2 nəfər isə dağıntı altındadır. Onların xilas edilməsi üçün FHN əməkdaşları tərəfindən tədbirlər görülür.

Abşeron rayonun icra başçısı Zakir Həsənov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Baş Prokurorun müavini Rüstəm Usubov hadisə yerinə baş çəkiblər.

Fotolar AzVision.az-a məxsusdur.









Anar

Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti