Nazir müəllimlərlə bağlı əmr verdi

Nazirin əmrinə əsasən, 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələri və peşə liseylərində boş qalan müəllim yerlərinə əlavə yerləşdirmənin nəticələri təsdiq edilib.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri 5 gün müddətində əlavə yerləşdirmə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin edəcəklər.
Əmrdə tapşırılıb ki, həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin edilsin, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.
Həmçinin tapşırılıb ki, yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlər fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb edilsinlər.
AzVision.az
Teqlər: