Xırdalandan son xəbər - ikinci meyit də çıxarıldı - YENİLƏNİR (FOTOLAR+VİDEO)

Xırdalandan son xəbər - ikinci meyit də çıxarıldı - YENİLƏNİR (FOTOLAR+VİDEO)
  08 Sentyabr 2014    Oxunub:12910
Bu gün səhər saat 7 radələrində Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verən güclü partlayışın səbəbi məlum olub.
AzVision.az hadisə yerində olan əməkdaşının verdiyi məlumata gör, ilkin ehtimala görə partlayışa qaz sızması səbəb olub.

Bildirilir ki, dağıntılar altında daha 3-4 nəfər var. Hazırda onların xilas edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır.

Bu dəqiqələrdə 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.

Eyni zamanda ərazidə FHN-in xeyli sayda texnikası, canlı qüvvəsi və təcili tibbi yardım maşınları var. Məlumata görə, FHN-in xüsusi itləri də cəlb olunub.

***

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış 4 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib.

Abşeron rayonun icra başçısı Zakir Həsənov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Baş Prokurorun müavini Rüstəm Usubov hadisə yerinə baş çəkiblər.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, baş vermiş hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.

Hazırda partlayış baş verən əraziyə qazıntı aparmaq üçün ağır texnika cəlb olunub.

***

Son məlumatlara görə, dağıntılar arasında 3 nəfər qalıb. Onlar Abbasova Kifayət, Abbasov Məharət və azyaşlı uşaqdır.

***
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dağıntılar altında qalan Məharət Abbasovun meyiti çıxarılıb. Digər iki şəxsin isə axtarışı davam edir.

***
Uçan binanın altından daha bir nəfərin meyiti çıxarılıb. AzVision.az xəbər verir ki, dağıntı altında qalan İfayət Abdullayevanın meyiti dağıntıdan çıxarılıb.





















Anar
AzVision.az



Teqlər:  





Xəbər lenti