Cəbhədə atışma: düşmən susduruldu

Cəbhədə atışma: düşmən susduruldu
  08 Sentyabr 2014    Oxunub:1185
Ermənistan silahllı birləşmələri Ordumuzun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Novruzlu, Cəvahirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti