AXCP üzvünü müdafiə etmədi

AXCP üzvünü müdafiə etmədi
  07 Sentyabr 2014    Oxunub:1091
Bugünlərdə ölkənin tanınmış vəkillərindən biri, MSK-nın və AXCP Rəyasət Heyətinin keçmiş üzvü Mənsum Bayramovun həbsi haqda məlumat yayıldı. AXCP Mətbuat Xidməti bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, M.Bayramov xeyli müddət idi partiya rəhbəriliyindən və ümumiyyətlə siyasətdən səssiz-küysüz çəkilmişdi. Ona görə də partiya rəhbərliyi onunla bağlı nə baş verdiyini hələ tam aydınlaşdıra bilməyib.

Mənsum Bayramova qarşı irəli sürülən ittihamların mahiyyəti və həmin ittihamlara onun özünün münasibəti hələ ki AXCP rəhbərliyinə məlum deyil. Buna görə də partiya baş vermiş hadisəyə siyasi qiymət vermir.


Teqlər:  





Xəbər lenti