Deputat Naxçıvandan ağız dolusu danışdı

“Bu gün Naxçıvan haqqında qürurla danışmaq olar. Naxçıvanda yüskək abadlıq işləri aparılıb. Yolları yüksək standartlara cavab verir. Təkcə, Naxçıvanda yerləşən Fizioterapiya xəstəxanasına (Duzdağ mədəninə) İrandan, Türkiyədən, Rusiyada və s. yerlərdən şəfa tapmaq üçün insanlar gəlir.
Hazırda Naxçıvanın güclü ordusu var. Əsgərlərə yüksək standartlara cavab verən ərzaqlar verilir. Bütün cəbhə bölgəsinə gedən yollar asfaltlaşdırılıb. Valideynlər tam rahat ola bilərlər ki, Naxçıvanda əsgərlərimizə yüksək qayğı və diqqət var. Xüsusilə,əsgərlərimiz arasında böyük ruh yüksəkliyi hökm sürür. Bunu onlarla ünsiyyəti zamanı gördüm. Allah Azərbaycan əsgərlərini qorusun!!!”-deyə A.Əliyev qeyd edib.
AzVision.az