Ermənilərə girov düşən rəis oğlu imiş - Təfərrüat

Ermənilərə girov düşən rəis oğlu imiş - Təfərrüat
  06 Sentyabr 2014    Oxunub:2644
Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı ilə bağlı yeni məlumatlar üzə çıxıb.
AzVision.az xəbər verir ki, Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, girov götürülən Cavid Samiroğlu Məmmədov Tərtər rayon sakinidir. Onun Tərtər rayonunun Qaçay Mehdiyev küçəsində yaşadığı bildirilir.

İlkin məlumata görə, əsirin Tərtər rayon yol polisi rəisinin müavininin oğludur.

Xatırladaq ki, Azərbaycan vətəndaşının girov götürülməsi barəsində Ermənistan mətbuatı məlumat yayıb.

Erməni tərəfinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 5-də axşam saatlarında Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb.

Onun barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyi bildirlir.


Teqlər:  





Xəbər lenti