İlqar Mikayıloğludan ANS-ə cavab: “Mənim üçün bitdi”

ANS prezidentinin müşaviri Mais Məmmədovun “yəqin İlqar yağlı tikə tapıb ki, işdən çıxıb” fikrinə jurnalist cavab verib:
“Mənim daha sözüm yoxdur. Bu məsələ mənim üçün bitdi. Daha heç nə demək istəmirəm”.
Xatırladaq ki, ANS prezidentinin müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, aparıcının özü ərizə yazaraq, işdən çıxmasını istəyib: “Onun özü ərizə yazdı və işdən çıxmaq istədi. Ən pis hallarda da o işdən çıxmaq istəyəndə biz onu saxlayırdıq. Amma bu dəfə təkid etsəkdə işdən çıxdı. Ərizə yazdı və getdi. Nə edə bilərik”,-deyə telekanal sözçüsü əlavə edib.
İ.Mikayıloğlu ilə M.Məmmədovun dediklərinin tam əksini bildirib. Qeyd edib ki, işdən öz ərizəsi ilə deyil, müqavilə müddəti başa çatdığı üçün çıxmaq məcburiyyətində qalıb.
Mirvari Nəcəf