Ermənistanda sui-qəsdə səsləyən sekta peyda olub

Ermənistanda sui-qəsdə səsləyən sekta peyda olub
  05 Sentyabr 2014    Oxunub:2025
Ermənilərin qənimi olan sekta “Yeni Yol” adlanır.

AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanda sürətlə inkişaf etməkdə olan “Yeni Yol”sektası insanları suiqəsdə, eləcə də özünəqəsdə sövq etməklə böyük narahatlığa səbəb olub.

Bu gün bu narahatlığın fonunda Ermənistanın Birləşmiş Gənclər Liqası tərəfindən keçirilın mətbuat konfransında bildirilib ki, sektanın təsiri altında özlərini öldürənləri sayı onlarladır. Təşkilatın həmsədri Sevak Ovannisyanın sözlərinə görə, ölüm təbliğatı ilə məşğul olan “Yeni Yol” sektası barədə şikayətlər günbəgün artır.

“Sekta insanlara psixi təsir edir və nəticədə onlar ya özlərini öldürürlər, ya da qatilə çevrilirlər. “Yeni Yol”un qurbanlarından biri də Ermənistanın məşhur müğənnilərindən birinin qohumudur. O artıq iki dəfə özünü öldürməyə cəhd edib. Sektanın rəhbərlərinin kimliyi hələlik məlum deyil”-Ovannisyan deyib.

Məlumata görə, “Yeni Yol” Ermənistanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Araşdırmalar nəticəsində məlum olub ki, sekta 2010-cu ildən Ukraynada da fəaliyyət göstərir.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti