İşsiz müəllimlər kəndlərə axışır

İşsiz müəllimlər kəndlərə axışır
  05 Sentyabr 2014    Oxunub:1966
Nazirlər Kabinetinin kənd məktəblərində çalışan müəllimlərə əlavə güzəştlərin verilməsi ilə bağlı qərarından sonra bölgələrdə işləmək istəyən müəllimlərin sayı artır.
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarından sonra kənd məktəblərinə ayrılan vakant yerlərin çoxu tutulub:

“Ötən illərlə müqayisədə cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub”.

Qeyd edək ki, Nazirlər Kabinetinn qərarına əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcək.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti