Bəzi saytlar bağlana bilər - Vüqar Səfərlidən xəbərdarlıq

Bəzi saytlar bağlana bilər - Vüqar Səfərlidən xəbərdarlıq
  05 Sentyabr 2014    Oxunub:2863
Dövlətin əleyhinə xəbər yayan portalların yayımı dayandırılmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə KİV DF-nin sədri Vüqar Səfərli bildirib.

Mətbuat Şurasının bu gün keçirilən tədbirində çıxış edən V.Səfərli mətbuatda yer alan yalnış xəbərlərin qarşısını almaq üçün addımlar atılacağını deyib.

“Qəzetlərdən fərqli olaraq portallar yalnız domen almaqla qeydiyyatdan keçiblər. Onların sahibini araşdırılarkən başqa ölkələrdəndən tapmaq olar. Cəbhə xəbərlərində aktiv olan və tanınmayan saytlar informasiyaları araşdırmadan yazırdılar. Digərləri də mənbəni bilmədən onlara istinad etdilər. Ona görə də, elektron KİV-in qeydiyyatına baxılmalıdır”.

V.Səfərlinin sözlərinə görə, həmin xəbərləri yayan mətbuat yetərincə peşəkardır və bilərəkdən həmin xəbərləri yayıblar: “Dövlətin əleyhinə xəbər yayan xəbər saytlarının yayımı dayandırılmalıdır. Bunun söz-fikir azadlığına qarşı olduğu düşünülə bilər. Lakin nəzərə almalıyıq ki, biz müharibə şəraitində yaşayırıq”.

Fatimə Kərimli
AzVision.az


Teqlər:  





Xəbər lenti