Müsabiqə başa çatdı - nazirlik 96 müəllimə `hə`dedi

Müsabiqə başa çatdı - nazirlik 96 müəllimə `hə`dedi
  05 Sentyabr 2014    Oxunub:1558
“96 nəfər iş yerini dəyişmək hüququ qazanıb”.
AzVision.az-a bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Müəlimlərin iş yerinin dəyişdirilməsi üzrə mərkəzləşdirilmiş müsabiqənin təşkili bu prosesin şəffaf və obyektiv həyata keçirilməsinə, məktəblərdə müəllim heyətinin optimallaşdırılmasına və tədris ili ərzində yerdəyişmələrlə bağlı müraciətlərin vahid yanaşma əsasında tənzimlənməsinə müsbət təsir göstərib.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti