Ramiz Mehdiyevin iradları nəticə verdi

Ramiz Mehdiyevin iradları nəticə verdi
  05 Sentyabr 2014    Oxunub:1676
“Bundan sonra Mətbuat Şurası və Müdafiə Nazirliyi arasında əməkdaşlıq qurulacaq. Bununla bağlı danışıqlar aparılır”.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, mətbuat orqanlarından Müdafiə Nazirliyi ilə işləmək üçün jurnalistlər seçiləcək: “Hər bir redaksiyadan jurnalistlər seçiləcək.Onlar üçün treninqlər təşkil ediləcək. Müdafiə Nazirliyi də məlumatları həmin jurnalistlərə verəcək. Onların cəbhə bölgələrinə səfər etmələri də təşkil edilə bilər”.

Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurası KİV-lər üzərində monitorinqləri gücləndirib.

“Döyüş bölgəsindən gələn xəbərlərin işıqlandırılması üçün dünya praktikası var. Bəzi yerlər var ki, ora jurnalistlərin getməsi düzgün hesab edilmir. Yaxud bəzi jurnalistlər Müdafiə Nazirliyinin razılığı ilə keçə bilər. Jurnalistlər bu məsələdə məlumatlı olmalıdırlar”.

Qeyd edək ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev media nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə mətbuata iradlarını bildirmişdi. PA rəhbəri cəbhə xəttində baş verən son olaylarda bəzi mətbuat qurumlarını yalnış, dəqiqləşdirilməmiş xəbərlər yaymaqda ittiham etmişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti