Sahib Alıyev ermənilərin ölkədən qaçmasını belə şərh etdi

Millət vəkili Sahib Alıyev facebook səhifəsində paylaşdığı statusunda bunun cəbhədə baş verən vəziiyyətlə bağlı olduğunu bildirib.
“İyulun axırı, avqustun əvvəlində içərisində təkcə ermənilər olmayan təxribat qrupu cəhbə xəttini keçməyə cəhd edərkən üzləşdikləri vəziyyət və bundan sonra aldıqları cavab, ardınca da Ali Baş Komandanımızın Ağdama səfəri və orada dedikləri deyəsən heç də təsirsiz qalmayıb...” - deyə millət vəkili məlumatı şərh edib.
“Ermənistanın Beynəlxalq Aeroportları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, 2013-cü ilin avqust ayında Zvartnots aeroportu vasitəsilə Ermənistanı 197 957 vətəndaşı tərk etdiyi halda, cari ilin avqustunda bu göstərici 265 391 olub.
Səbinə Həsənova
AzVision.az