İqbal Ağazadənin müavini niyə istefa verdi? – AÇIQLAMA

O bildirib ki, şəxsi işlərinin çoxluğu sədr müavinliyi fəaliyyətini yerinə yetirməyə imkan vermir:
“Həm şəxsi işlərimin çoxluğu, həm də media sahəsinə daha çox diqqət ayırmaq fikrində olduğuma görə partiyadan istefa vermək qərarına gəldim”.
R.Abasbəyli vurğulayıb ki, təkcə sədr müvinliyindən deyil, eyni zamanda partiya üzvülüyündən də istefa verib, siyasi fəaliyyətini dayandırıb: “Bu, sırf şəxsi işlərimin çoxluğu ilə bağlıdır. Partiya daxilində heç kimlə hər hansı bir konfliktim, fikir ayrılığım yoxdur. İşimə məsuliyyətlə yanaşdığıma görə bu addımı atmışam”.
Qeyd edək ki, Ümid Partiyasının büdcə və iqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli bu gün partiyadakı vəzifəsindən istefa verdiyini bəyan edib.
Fatimə Kərimli