Suriyaya gedən güləşçi: “Narahat olmayın, yaxşıyam” - ÖZƏL

Suriyaya gedən güləşçi: “Narahat olmayın, yaxşıyam” - ÖZƏL
  05 Sentyabr 2014    Oxunub:6050
Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib.

Bu barədə AzVision.az-a idmançının ailəsi məlumat verib. Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.

“Ana hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemin yoxdur”-deyə güləşçi anası ilə söhbətində bildirib.

Qeyd edək ki, Rəşad Baxşəliyevin Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə getməsi ilə bağlı ilk məlumatı AzVision.az saytı yayıb. Əslən Kəlbəcər rayonundan olan R.Baxşəliyev dəfələrlə Respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir. O Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti