Sürücülərin nəzərinə! Bakıda böyük tıxac

 Sürücülərin nəzərinə! Bakıda böyük tıxac
  04 Sentyabr 2014    Oxunub:1503
Bu dəqiqələrdə Bakı–Ələt magistral yolunda böyük tıxac yaranıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, magistralın Lökbatan və Sahil qəsəbəsi arasında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, yolun şəhərdən rayonlara gedən istiqaməti bağlanıb. Bütün avtomobillər, eləcədə şəhərdən çıxan maşınlar əks istiqamətə yönləndirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin istiqamətdə hər hansı qəza baş verməyib və təmir işləri görülür.

Qeyd edək ki, Bakı-Ələt yolunda təmir işlərinin görülməsi ilə bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib.


Teqlər:





Xəbər lenti