“Prezident xəbərdarlıq edib ki...” – Siyavuş Novruzov

“Prezident xəbərdarlıq edib ki...” – Siyavuş Novruzov
  03 Sentyabr 2014    Oxunub:1901
«Ermənistan mütamadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır. İşğalçı orudunun hərbçiləri dinc sakinlərə qarş atəş açırlar, azyaşlı uşaqlar hədəfə alınır. Belə faktların sayı çoxdur. İndiyə qədər atəşkəs dövründə Naxçıvanda atəşkəs pozulmurdu, amma son hadisələr zamanı bu bölgədə də erməni tərəfi atəşkəsi pozdu».
AzVision.az xəbər verir ki, bu fikirləri haim partiyanın saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ATƏT-in Minsk qrupu və həmsədr ölkələr, digər beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına sərt reaksiya bildirmirlər.

«Amma nəzərə alınmalıdır ki, Azərbaycanın güclü ordusu var. Nəinki Cənubi Qafqazın, bütövlükdə MDB məkanında ən güclü ordulardan biridir. Azərbaycan istənilən təxribatın qarşısını almağa hazırdır. Cənab Prezidentimiz xəbərdarlıq edib ki, istənilən təxribatın qarşısı layiqincə alınacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu gün biz güclü ordumuzla fəxr edirik»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.


Teqlər:  





Xəbər lenti