`Vəzifəm partiyadakı işimə mane olmur`- Mübariz Qurbanlı

`Vəzifəm partiyadakı işimə mane olmur`- Mübariz Qurbanlı
  03 Sentyabr 2014    Oxunub:1603
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunan YAP icra katibinin müavini Mübariz Qurbanlı təyinatı ilə bağlı partiyada tutduğu vəzifədən getməsi barədə məsələyə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, M. Qurbanlı APA-ya açıqlamasında deyib ki, tutduğu vəzifə onun partiyadakı vəzifəsinə qəti mane olmur.

O qeyd edib ki, hazırda da YAP-da tutduğu vəzifəni maneəsiz davam elətdirir və bu, Komitə sədri kimi onun işinin yerinə yetirməsinə maneçilik törətmir: “Bütün hallarda bu məsələ partiya rəhbərindən asılıdır. Nə qədər məsləhət görsə, o vəzifədə davam edəcəyəm, əgər məsləhət görməsə davam etməyəcəyəm”.


Teqlər:  





Xəbər lenti