`Leyla Yunus kimdir ki?..`

Leyla Yunusun Azərbaycanın AŞ Nazirlər Komitəsinin rəhbərliyindən uzaqlaşdırılması tələbi ilə beynəlxalq təşkilatlara müraciət etməsinə münasibət bildirən millət vəkili Ç.Qənizadə qeyd edib ki, Azərbaycanda qanunların aliliyi qorunur: “Əgər Leyla Yunus da bu qanunları pozubsa, milli maraqlarımızı tapdalayıbsa, düşmənlərimizlə iş birliyi quraraq dövlətçiliymiz əleyhinə işlər görübsə, mafioz, təxribatçı xarici qruplaşmalardan pul alıb ölkəmizdə istədiyi layihələr reallaşdırmaq istəyibsə, təbii ki, o cəzasını alacaq və buna görə onun hay-küy salması yolverilməzdir. O, işlətdiyi cinayətin məsuliyyətini dərk etməli idi. Leyla Yunusu heç kim müdafiə etməyəcək, çünki hər kəs, beynəlxalq təşkilatlar da onun milli maraqlarımızı satdığını gözəl bilir. Yox əgər onu kimsə müdafiə edəcəksə, bu artıq Azərbaycanın daxili işlərinə qarışmaqdır. O, özündən müştəbehlik edib özünü “güclü” sayır, amma o kimdir ki, beynəlxalq təşkilatlara müraciət etsin və beynəlxalq təşkilatlar da onun sözünü eşitsin”.
Millət vəkili onu da əlavə edib ki, Leyla Yunusdan bu qədər sərvəti, pulu qrantları necə əldə etdiyi soruşulmalıdır: “Əgər eşitsəydim ki, Leyla Yunusun çantasından narkotik çıxıb, mən buna inanmazdım. Amma eşidəndə ki, o qrantları mənsimsəyir və ölkənin maraqlarına zidd olan şəxslərlə işbirliyindədir, layihələr qurur, özünə varidat yığır, mən buna inanıram. O, oğru ola-ola doğruların üstünə hücum çəkir. Onun bu addımlarını ciddiyə almaq lazım deyil və yaradacağı hansısa hərəkat da boş və mənasız bir şey olacaq”.
Teqlər: