Məşhur rejisor birinci xanım haqda film çəkdi

Məşhur rejisor birinci xanım haqda film çəkdi
  27 Avqust 2014    Oxunub:3350
Rusiyanın tanınmış rejissoru Oleq Şommel Heydər Əliyev Fondunun fəaliyyəti barədə film hazırlayıb.
AzVision.az xəbər verir ki, film Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müxtəlif sahələrdə gördüyü işlərdən bəhs edir.

"Biz hamımız uşaqlıq ölkəsindənik" adlı filmdə Mehriban Əliyevanın xeyirxahlığı və qayğıkeşliyi barədə geniş məlumat verilir. Onun uşaq evlərində böyüyən kimsəsiz uşaqları himayəyə götürməsi, onların təhsili və sağlamlıqlarının qeydinə qalması diqqətə çatdırılır.

Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyətinə, musiqisinə, tarixinə, milli adətlərinə, xalq yaradıcılığına qayğı ilə yanaşması, onun dəstəyi ilə tarixi abidələrin bərpası filmdə xüsusi vurğulanır.

Oleq Şommelin filmində Azərbaycanın birinci xanımının ölkədə idmanın inkişafına xüsusi qayğısından, o cümlədən bədii gimnastika sahəsində gördüyü işlərdən, Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyindən də bəhs olunur.

Heydər Əliyev Fondunun fəaliyyəti və onun prezidentinin gördüyü çoxsaylı işlər barədə çəkilmiş "Biz hamımız uşaqlıq ölkəsindənik" filmində Bakının sürətli inkişafı, günbəgün dəyişməsi də əks olunub. Rejissor filmdə nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Bakının digər memarlıq abidələrinə də geniş yer ayırıb.


Teqlər:  





Xəbər lenti