ABŞ Qarabağda müharibə istəmir – Rəsmi

ABŞ Qarabağda müharibə istəmir – Rəsmi
  15 Avqust 2014    Oxunub:2745
ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşünü alqışlayır.

AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Vyanada keçirilən daimi Şurasının Vyanada keçirilən iclasında ABŞ-ın ATƏT-dəki missiyasının nümayəndəsi Harri Robinson bildirib.

Amerikalı diplomat öz bəyanatında qoşunların təmas xəttində iyulun 31-dən etibarən başlayan və xeyli sayda insan itkisi ilə nəticələnən zorakılıq hallarını pisləyib. O, həmçinin həlak olan şəxslərin ailələrinə başsağlığı verərək, tərəfləri gərginliyi azaltmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsini nizamlanmasına nail olmaq üçün tərəflərə kömək etməyə hazırdır. Münaqişəni müharibə yolu həll etmək mümkün deyil. Qisas, hücum və zorakılıq halları, o cümlədən təxribat xarakterli bəyanatlar yalnız sülhün əldə olunmasını çətinləşdirir” – deyə, Robinson bildirib.

Robinson eyni zamanda ötən həftə keçirilən prezidentlərin Soçi görüşünü dəstəklədiklərini də açıqlayıb: “Biz tərəfləri danışıqlar aparmaq üçün siyasi iradə göstərməyə çağırırq”.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti