Prezidentlər təkbətək görüşdü
Prezident Andris Berzinşi prezident İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident A. Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olub.
AzVision.az