Azərbaycanda yeni animasiya filmi çəkilib

Azərbaycanda yeni animasiya filmi çəkilib
  14 Avqust 2014    Oxunub:4329
"3Dost" animasiya studiyası "Cırtdan və sehirli xalat" adlı yeni 3D animasiya filmi çəkir.
AzVision.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur. Süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur.



Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır. Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir. Filmdə 8 personaj var. Elementlər və detallar üzərində işlər çox dəqiqliklə aparılır. Yaradıcı heyət hər bir detalda, obrazda azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub. Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib. Hazırda istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.





Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz "3Dost" animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film "Cırtdan və Təpəgöz" adlanır. Layihəni davam etdirmək və serial formasında animasiya filmi çəkmək nəzərdə tutulub. (buro247.az)




Teqlər:





Xəbər lenti