Ziyalılar ön cəbhədə

Ziyalılar ön cəbhədə
  14 Avqust 2014    Oxunub:1596
Görkəmli sənət adamları və ziyalılarla görüşlərin keçirilməsi ordumuzda dəyərli bir ənənəyə çevrilib.
AzVision.az xəbər verir ki, belə görüşlərdən biri Silahlı Qüvvələrimizin Şəmkir, Tovuz, Qazax, Goranboy, Daşkəsən və digər bölgələrdəki hərbi hissələrində təşkil olunub.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası ərazilərinin erməni silahlı qüvvələrinin işğalı nəticəsində məruz qalan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, professor Xanhüseyn Kazımlı da qərargah heyətinin tərkibində həmin bölgələrdə qəhrəman əsgər və zabitlərimizlə görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin də qatıldığı səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılması olub. Nümayəndələrin Murovdağdakı "N" saylı hərbi hissədə əsgərlərlə görüşü, oradakı xatirə abidəsini ziyarət etmələri hamıya unudulmaz anlar yaşadıb. Xüsusilə X.Kazımlının "Böyük siyasətin davamı" kitabının hərbi hissədə təqdimatı əsgər və zabitlərimizdə ruh yüksəkliyi ilə qarşılanıb.


Teqlər:





Xəbər lenti