Vitse-prezident Bakıya gəlir

Vitse-prezident Bakıya gəlir
  23 Aprel 2013    Oxunub:1315
Transmilli Korporasiyalarından olan Exxon Mobilenın vitse-prezidenti Bakıya gələcək
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dünyanın ən nüfuzlu Transmilli Korporasiyalarından olan Exxon Mobilünın vitse-prezidenti xanım Jean Baderschneider Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaqdır. Jean Baderschneider mayın 6-8-də Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi tədbir dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, nüfuzlu elm, mədəniyyət xadimlərini, 50-dən çox sabiq və hazırkı dövlət, hökumət başçısını bir araya toplayacaq.
Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.


Teqlər:  





Xəbər lenti