“İTV sədrliyinə seçkilər təxirə salınsın” - YENİLƏNİR

“İTV sədrliyinə seçkilər təxirə salınsın” - YENİLƏNİR
  23 Aprel 2013    Oxunub:1253
İctimai Televiziya və Radio Şurasına sədrlik üçün seçkilər keçirilir
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilir. Elə bu dəqiqələrdə İTV Yayım Şurası yeni sədri açıq debat yolu ilə seçir. AzVİsion.az debatda iştirak edən əməkdaşının verdiyi məlumata görə, iclasda sədrliyə namizədlər çıxış ediblər.

Sədrliyə namizəd Şamil Şəfiyev bildirib ki, əgər o sədr seçilsə, ətrafına daha güclü kollektiv toplayaraq, insanlarda Milli Şüurun formalaşması üçün əlindən gələni ecəcək.

RATİ-ni sədri Emin Hüseynov çıxışı zamanı qeyd edib ki, seçkilər təxirə salınmalıdır: Seçkinin bir həftı içərisində keçirilməsi doğru deyil. Ən azından namizədlərə 1 həftə vaxt verilməli idi ki, insanlara özümüzü tanıdaq. Mən bu seçkinin təxirə salınmasını istəyirəm”-deyə, qeyd edib.

*** - 11:18
AzVision.az Milli Televiziya və Radio Şurasında olan əməkdaşının verdiyi məlumata görə, iclas bu dəqiqələrdə başlayıb. İclasda Yayım Şurasının üzvləri Fuad Muradov, Cahangir Məmmədli və digərləri iştirak edir. Cahangir Məmmədli bildirib ki, sədri Yayım Şurasının 8 üzvü seçəcək. Onun sözlərinə görə, seçkilər tam şəffaf və obyektiv aparılacaq.

Eyni zamanda, namizədlər - Nicat Qafuroğlu, Emin Hüseynov, Cəmil Quliyev və Şamil Şəfiyev iclasda iştirak edirlər.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilməsinə başlanılacaq. Seçkini mətbuat nümayəndələri izləmək hüququna malikdir.

“İctimai televiziya və radio yayımı haqqında” Qanununa görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə hər 4 ildən bir seçki keçirilir.

Xatırladaq ki, dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsilə vidalaşan İsmayıl Ömərov 3-cü dəfə namizədliyini verməyib.


Teqlər:  





Xəbər lenti