Yanğında DİN-in əməkdaşı ölüb - YENİLƏNİB

Yanğında DİN-in əməkdaşı ölüb - YENİLƏNİB
  23 Aprel 2013    Oxunub:1160
Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar olunub
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbər verir ki, Sumqayıt şəhərində 5 mərtəbəli yaşayış binasının zirzəmisində 8 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
_____

Sumqayıtda yaşayış binasında baş verən yanğında ölən şəxsin adı məlum olub.

Sumqayıt şəhər Polis İdarəsindən Apa-ya verilən məlumata görə, 5 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində yanğına keçən partlayış baş verib. Nəticədə ev sahibi, 1981-ci il təvəllüdlü Qələndərov Teymur Abbas oğlu aldığı xəsarətdən dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı dünyasını dəyişən T. Qələndərov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı olub.


Teqlər:  





Xəbər lenti