`Şübhəm yoxdur ki, Leyla Yunus casus olub`

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı radikal müxalifətin, xüsusən də Əli Kərimlinin Leyla Yunusu müdafiə etmək üçün dəridən-qabıqdan çıxdığını dedi: “Kərimlinin əlinə imkan düşüb. Az qalır beynəlxalq təşkilatların gözünə girmək üçün Leyla Yunusu Nelson Mandela elan etsin. Heç olmasa indi utanın ki, bu adam bütün ömrünü erməni nökərçiliyi etməklə keçirib. Leyla Yunusun özü belə, bunu deməkdən çəkinməyib. Bu fakt onu göstərdi ki, Əli Kərimli kimi insanlar üçün heç bir dəyər, meyar yoxdur...”