Kamala Harris Trampa qarşı birləşməyə çağırıb

   Kamala Harris Trampa qarşı birləşməyə çağırıb
  01 May 2025    Oxunub:502
Amerikalılar bir-birindən uzaqlaşmalı yox, ABŞ prezidenti Donald Trampa qarşı birləşməlidirlər.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin keçmiş vitse-prezident və Amerika lideri postuna sabiq namizəd Kamala Harris amerikalılara xitabən “Böhran qarşısında dərs budur: bir-birinizdən qaçmayın” ifadəsini işlədib.

Tramp Kamala Harrisin ərini muzey şurasından çıxardı
Vəzifədən getdikdən sonra “Leading Women Defined (Lider Qadınalrın müəyyənləşdirilməs)” sammitində etdiyi ən böyük çıxışında Kamala Harris amerikalıları bir araya gəlib susmamağa çağırıb. O, Tramp administrasiyasının iqtisadi siyasətini “müasir prezidentlik tarixində insan tərəfindən törədilən ən böyük iqtisadi böhran” adlandırıb.

Xatırladaq ki, aprelin 30-da Trampın Kamala Harrisin əri Duqlas Emhoffu Vaşinqtondakı Holokost Memorial Muzeyinin idarə heyətinin üzvü vəzifəsindən azad etdiyi barədə məlumat yayılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Harris   Tramp   çağırış  





Xəbər lenti