Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

   Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
  07 Aprel 2025    Oxunub:331
Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti