Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb

   Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb
  27 Mart 2025    Oxunub:1173
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdamın Sarıcalı kəndinə səfərindən görüntülər paylaşılıb.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak ediblər.



Qeyd olunub ki, məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı.



Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb.



Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb.



Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib. Açıq tamburdan otağa və ibadət zalına keçid var.



Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənib.

Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.

Qeyd edək ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.

AzVision.az





Teqlər:





Xəbər lenti