![]() |
Zelenski Türkiyəni təhlükəsizliyin təminatçısı kimi görür |
Haqqında söz açılan xüsusi dosye enerji və enerji səmərəliliyi sahəsində olan layihələr, sosial evlər və su təchizatı layihələrini əhatə edir.
Nəşr xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı ölkənin bərpasına kömək etməyə hazır olduğunu bildirib.
Volodimir Zelenski Ankarada Ukraynanın yeni səfirliyinin binasının açılışı mərasimində Türkiyə mövzusunda diqqət çəkən açıqlamalar vermişdi. O qeyd edib ki, Kiyevdə ABŞ, Avropa İttifaqı (Aİ) ilə yanaşı Türkiyəni də Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi görmək istəyirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az