Kreml Ukraynada ölən rusların siyahısına reaksiya verdi

   Kreml Ukraynada ölən rusların siyahısına reaksiya verdi
  25 Fevral 2025    Oxunub:357
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov müharibədə öldürülən rusların sayı ilə bağlı yayılmış statistikaya reaksiya verib.
Jurnalistlər brifinqdə Kreml rəsmisindən “Mediazona”nın (Rusiya Federasiyasında xarici agent kimi tanınır-red.) yaydığı məlumata dair suallar ünvanlayıblar.

Ukrayna Rusiyanın ən yaxşı XTQ komandirlərindən birini məhv edib
“Mən belə bir nəşrin varlığından xəbərsizəm. Onun nə dərc etdiyini eşitməmişəm və bu informasiyanın doğru olub-olmadığını da deyə bilmərəm", - Peskov qeyd edib.

Siyasətçinin sözlərinə görə, cəbhə xəttində itkilər barədə istənilən məlumat ancaq Rusiya Müdafiə Nazirliyi vasitəsilə verilə bilər.

Qeyd edək ki, “Mediazona” son üç ildə Ukrayna müharibəsində öldürülən rusların siyahısını dərc edib.

Bundan əvvəl “Reuters” altı milyondan çox ukraynalının ölkəni tərk edərək xaricdə qaçqın həyatı yaşadığını, minlərlə insanın isə döyüşlərdə həlak olduğunu bildirmişdi. Nəşr yazıb ki, Qərb rəsmiləri və ictimai xadimlərinin qiymətləndirmələri, kəşfiyyat hesabatları fərqlidir. Lakin onlar Rusiya və Ukrayna tərəfinin böyük sayda itkilər verməsini təsdiqləyirlər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin itkiləri 118,5 min, 2023-cü ildə 405,4 min döyüşçü təşkil edib. 2024-cü ildə Ukrayna qoşunlarında 595 mindən çox ölü və yaralı qeydə alınıb. Bu da İkinci Dünya Müharibəsinin ilk iki ilinin ümumi itkilərini üstələyir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peskov   Rusiya   İtki   Ukrayna  





Xəbər lenti