Ötən il narkotiklə bağlı 7245 nəfər cinayət törədib

Məlumata görə, onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Bildirilib ki, 2024-cü il ərzində ölkədə qeydə alınmış 33379 cinayət hadisəsinin 8863-ü və ya 26,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu, 2023-cü ilin göstəricisindən 11,9 faiz azdır.
AzVision.az
Teqlər: