Almaniyanın gələcək kansleri: "Avropada vəziyyət pisləşib"

   Almaniyanın gələcək kansleri:    "Avropada vəziyyət pisləşib"
  25 Fevral 2025    Oxunub:354
Hazırda Avropada vəziyyət elə bir həddə çatıb ki, "Qiyamət saatı"nın gecə yarısına keçməsinə beş dəqiqə qalıb.
“The Guardian”ın yaydığı məlumata görə, bunu Xristian-Demokratlar İttifaqı/Xristian-Sosialistlər İttifaqından (XDİ/XSİ) olan siyasətçi, Almaniyanın gələcək kansleri Fridrix Merz deyib.

Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Merz qeyd edib ki, ABŞ-nin dəyişən siyasəti fonunda Avropa öz müdafiə qabiliyyətini artırmaq üçün tez bir zamanda hərəkət etməlidir.

O əlavə edib ki, hazırda bütün diqqətini qeyri-sabit geosiyasi vəziyyətə yönəldir. Lakin eyni zamanda o, Vaşinqtonla yaxşı münasibətlərin qurulmasına da can atacaq.

Xatırladaq ki, dünən Avropanın iqtisadi dayağı sayılan Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə mühafizəkar Xristian-Demokratlar İttifaqı/Xristian-Sosialistlər İttifaqı (XDİ/XSİ) bloku 28,5% səslə qalib gəlib.

Nəticədə Almaniya parlamentinə keçən partiyalar və bloklar arasında yerlər belə bölüşdürülüb.

1. XDİ/XSİ bloku - 28,5% (208 mandat)
2. “Almaniya üçün Alternativ” partiyası - 20,7% (151 mandat)
3. Sosial-Demokratlar partiyası – 16,5% (121 mandat)
4. “Yaşıllar” partiyası - 11,7% (85 mandat)
5. Solçu partiya - 8,7% (64 mandat)

Hazırki kansler Olaf Şolzun ​​Sosial Demokratlar Partiyası isə uğursuz olub. Onlar İkinci Dünya Müharibəsindən sonra özlərinin "acı" adlandırdıqları ən pis nəticələri əldə etdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Kansler   Avropa  





Xəbər lenti