Ukrayna ordusu hər ay 50 min itki verir |
"Bu gün, yanvarın 31-də hava hücumundan müdafiə sistemləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz təyyarəni vurub. Bundan əlavə, Kursk vilayətinin sərhəd bölgəsində iki Ukrayna raketi məhv edilib", - nazirliyin məlumatında yazılıb.
Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (VSU) son altı ayda ağır itkilər verdiyini açıqlamışdı. Bildirilib ki, VSU-nun aylıq itkiləri ardıcıl olaraq təxminən 50 min nəfər və daha yüksək göstəricidə olub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az